Qala divarlarını korlayan şəxs saxlanıldı – FOTO / YENİLƏNİBbackend

Qala divarlarını korlayan şəxs saxlanıldı - FOTO / YENİLƏNİB

İçərişəhər Qala divarlarına müxtəlif yazılar yazılmaqla tarixi abidə korlanmaya məruz qalıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov KONKRET.az-a bildirib ki, divarlara müxtəlif yazılar yazaraq tarixi abidəni korlayan şəxsin kimliyi müəyyən edilib:

“Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Qala divarını yazaraq korlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, əməli törədən şəxs 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadədir. Hazırda Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməsi təmin ediləcək”.

20:48

Bakıda, İçərişəhər Qala divarlarına zərər yetirilib.

KONKRET.az xəbər verir ki, fotoları tanınmış  memar Elçin Əliyev yayıb.

“İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər” – o qeyd edib.

undefined

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*