İçində çətənə olan “Haribo” konfetlərini yeyən uşaq komaya düşdübackend

İçində çətənə olan "Haribo" konfetlərini yeyən uşaq komaya düşdü

Niderlandda azyaşlı tərkibində kannabis (çətənə) olan “Haribo” çeynəmə konfetlərini yedikdən sonra komaya düşüb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “NL Times” nəşri məlumat verib.

Qeyd edək ki, may ayının sonunda Niderland Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi “Haribo” şirkətinin “Happy Cola F!ZZ” konfetlərində kannabisin aşkarlandığını bildirib. Konfetlərin partiyası mağazalardan geri çağırılıb.

Nəşrin məlumatına görə, Niderlandın Almelo şəhərində bu konfetlərdən yeyən iki uşaq xəstəxanaya yerləşdirilib. Onlardan biri komaya düşüb. Hazırda hər iki uşaq özünü yaxşı hiss edir.

Xəstəxana ailənin şəxsi həyatını qorumaq üçün hadisə ilə bağlı əlavə məlumat verməyib.

Polis narkotik maddənin konfetlərin içinə necə düşdüyünü araşdırmaqda davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*