İcra başçısı bacısı oğlunu köməkçi götürüb? – RƏSMİ AÇIQLAMAbackend

İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - RƏSMİ AÇIQLAMA

Ötən gün mətbuatda Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə müzakirələrə yol açan xəbər Əziz Əzizovu tənqidlərə tuş edib.

KONKRET.AZ bildirir ki, “modern.az” xəbərlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Suraxanı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra başçısının öz bacısı oğlunu köməkçi qismində işə alması xəbərini təkzib edib.

“Bu barədə məlumat yoxdur. Saytlarda məlumat gedib, lakin bu adda şəxsin vəzifəyə gətirilməsi ilə bağlı xəbər eşitməmişəm”.

Qeyd edilir ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayevin əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində Əziz Əzizovun sürücüsü olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*