İcra başçısı bu məmurları işdən çıxardıbackend

İcra başçısı bu məmurları işdən çıxardı

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşı vəzifədən azad edilib.

KONKRET.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun icra başçısı Adil Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, bir neçə ay əvvəl Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir təyin olunan Mütəllim Astanov vəzifəsindən azad olunub.

Eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, həmin şöbənin baş məsləhətçisi Fidan Xankişiyeva, eləcə də İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Çingiz Cəfərov və Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Elmar Abbasov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, RİH-də yenicə təyin olunduğu vəzifədən azad edilən 1982-ci il təvəllüdlü Mütəllim Astanov əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, “Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*