İcra başçısı yola salınır: Mal-mülkünü tələm-tələsik satışa çıxardıbackend

İcra başçısı yola salınır: Mal-mülkünü tələm-tələsik satışa çıxardı

Kürdəmir rayon icra başçısı vəzifəsi ilə vidalaşır.

KONKRET.AZ bildirir ki, bu barədə İXA.az-a icra başçısının yaxın ətrafından məlumat sızdırılıb.

Bildirilir ki, rayonda ictimai – siyasi, sosial vəziyyəti ağır günlərə salan Ceyhun Cəfərov başını itirib. Vəzifədən tarixin arxivinə və ya həbsə düşə biləcəyini bilən rayon rəhbəri yeznəsi Vidadi Zeynalovun aqibətini yaşamamaq üçün obyektlərini sataraq, ölkədən qaçmaq istəyir

Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçısının 90 faiz ilin sonuna qədər vəzifəsi ilə vidalaşacağı deyilir.

İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi C. Cəfərovun işinə xəyanətindən irəli gəldiyi bildirilir. Ceyhun Cəfərov vaxtı ilə H. Əliyevin büstünə hörmətsizliyi, vəhabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar oliqarx məmur hesab edilir. C. Cəfərov icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixinə ən tamahkar icra başçısı kimi adını yazdırıb.

Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.

Başının üstünü artıq qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daim həyacan içində qalmaqdansa, qaçıb getməyə üstünlük verməsi, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal- mülkünü təcili satışa çıxaran icra başçısının artıq qaçmağa yeri olmayacağı kəsindir.

Qarşı tərəfidə dinləməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*