İcra başçısının həbs edilmə səbəbi bəlli oldu – TƏFƏRRÜATbackend

İcra başçısının həbs edilmə səbəbi bəlli oldu - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu həbs olunub.

KONKRET.AZ xəbər verir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*