İcra Başçısının yardım kampaniyası – Qeyri-səmimi davranış, hörmətsizlik!backend

İcra Başçısının yardım kampaniyası - Qeyri-səmimi davranış, hörmətsizlik!

Ötən gün Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin yaşlı insanlara yardım etməsilə bağlı yayılan fotolar sosial şəbəkələrdə tənqid olunub.

KONKRET.az xəbər verir ki, İH əməkdaşları yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər. Bununla bağlı İH xəbər və fotolar yayıb. Fotolardan görünür ki, İH nümayəndələrinin yaşlı insanların evlərinə ayaqqabı ilə daxil olmalarıdır.

Koronavirusun yayıldığı, hamıya gigiyenik qaydalara əməl edilməsilə bağlı çağırışlar edildiyi bir vaxtda vəzifəli şəxslər sakinlərin evlərinə ayaqqabı ilə daxil olublar.

Fotolardan görünür ki, özləri maskada, qoruyucu qiyafədə olduğu halda yaşlı nəslin- xüsusi risk qrupuna daxil olan insanların mənzillərinə, onların əyləşdiyi otaqlara belə ayaqqabı ilə giriblər.

Məsələnin ikinci tərəfi isə adət-ənənə ilə bağlıdır. Azərbaycanda evə ayaqqabı ilə daxil olmaq ədəbsizlik sayılır./BakuPost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*