Qazaxıstanın paytaxtı Astanada ictimai nəqliyyat haqqında məlumat lövhələri müvəqqəti olaraq söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə “City Transportation Systems”dən bildirilib.
Səbəb martın 5-dən gediş haqqının yeni ödəniş sisteminə keçid və dispetçerin modernləşdirilməsi ilə əlaqədardır. Xidmət başa çatdıqdan sonra məlumat lövhələrinin fəaliyyəti bərpa olunacaq.
Şirkət xatırladıb ki, marşrutların hərəkəti haqqında məlumatı Yandex maps proqramlarında izləmək olar.
Rəsmiyyə Şərifova,
KONKRET.az