İctimai televiziyada qadağa: “Qara siyahı” hazırlandıbackend

İctimai televiziyada qadağa: "Qara siyahı" hazırlandı

Ermənistanın İctimai Televiziyasında “qara siyahı” tərtib olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Ermənistanın İctimai Televiziyasında “qara siyahı” tərtib olunub və siyahıya adı salınan ekspertlərin çəkilişi qadağan edilib.

Hətta çəkilişləri öncədən planlaşdırılan ekspertlərə zəng edərək, müsahibənin baş tutmayacağı haqda məlumat verirlər – deyə qəzet bildirib. Hamıya isə “texniki səbəb” bəhanə kimi göstərilir.

Mütəxəssislər isə texniki problemin bir neçə saat davam edəcəyini deyirlər və bunun daimi təkrarlanmasını absurd sayırlar. Üstəlik texniki problem ekspertləri efirə buraxmamaq üçün səbəb ola bilməz.

Nəşrin məlumatına görə, televiziyanın müvafiq şöbəsində efirə dəvət olunan qonaqların siyahısı öncədən tərtib olunur və rəhbərliyə göstərilir. Burada isə “qara siyahı” ya uyğun olaraq kimin dəvət edilib-edilməyəcəyinə qərar verilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*