İdmançı qadın ərini döydü, məhkəmə qərar çıxardıbackend

İdmançı qadın ərini döydü, məhkəmə qərar çıxardı

Azərbaycanda kişi idmançı həyat yoldaşı tərəfindən uzun müddət mütəmadi olaraq fiziki zorakılığa məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Belə ki, ər məişət zorakılığı ilə bağlı məhkəməyə müraciət edib və nəticədə onun xeyrinə mühafizə orderi verilib. Məhkəmə qərarına əsasən qadının ərinə yaxınlaşması müəyyən müddətə qadağan edilib.

Qeyd edək ki, bu hadisə ölkədə məişət zorakılığı ilə bağlı qeydə alınan nadir hallardan biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*