İftar üçün xoruz kəsən kişi faciəli şəkildə öldübackend

İftar üçün xoruz kəsən kişi faciəli şəkildə öldü

Ankaranın Çubuk rayonunda iftar üçün xoruz kəsərkən 58 yaşlı Nurettin Ərdəm ehtiyatsızlıqdan ayağından yaralanıb. 

KONKRET.az xəbər verir ki, qonşularının köməkliyi ilə Çubuk Halil Şıvgın Dövlət Xəstəxanasına aparılan Erdem həddindən artıq qan itkisi səbəbindən həyatını itirib. Erdemin böyrək çatışmazlığı olan və transplantasiya üçün növbədə gözləyən nəvəsinə böyrəyini vermək üçün əməliyyatları tamamladığı öyrənilib.

  

Hadisə günorta saatlarında Akkuzulu məhəlləsində baş verib. İftar üçün xoruz kəsmək istəyən Nurettin Ərdəm ayağından bıçaqla yaralanıb. Qonşularının köməkliyi ilə Çubuk Halil Şıvgın Dövlət Xəstəxanasına aparılan Erdem həddindən artıq qan itkisi səbəbindən həyatını itirib.

Bir ay əvvəl Ümrədən gəldiyi bildirilən Ərdəmin böyrək çatışmazlığı olan və transplantasiya üçün növbədə gözləyən nəvəsinə böyrəyini vermək üçün əməliyyatları tamamladığı öyrənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*