İgityan: “Belə getsə, biz 1918-ci ilə qayıdacağıq”backend

İgityan: “Belə getsə, biz 1918-ci ilə qayıdacağıq”

“Azərbaycanda bütün səviyyələrdə Ermənistan Qərbi Azərbaycan kimi təqdim edilir”.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu sözləri regional məsələlər üzrə ekspert Karen İgityan bildirib.

“Azərbaycanın Milli Məclisi öz siyasətini çox aydın şəkildə davam etdirir. Orada çoxdan Ermənistanın Qərbi Azərbaycan kimi qəbul edilməsi ilə bağlı bir rəy yaradılıb və təbii ki, azərbaycanlılar bu ərazinin onlara məxsus olduğuna inanırlar. Onlar bunu öz dərsliklərində, Milli Elmlər Akademiyasının çıxışlarında və materiallarında, prezidentin çıxışlarında, yəni bütün səviyyələrdə yayırlar”, – deyə İgityan bildirib.

Ekspert daha sonra sərsəmləməsini belə davam etdirib: “Azərbaycanlıların geri qaytarılması sadəcə bir bəhanədir. Bununla Azərbaycan Ermənistanın daxili işlərinə qarışmağa çalışacaq və sonra artıq onun müdaxilə etmək üçün hüquqi əsası olacaq. “Türkiyə və Azərbaycan qayıdan azərbaycanlıların hüquqlarının təminatçısı olmağa çalışacaq. Beləliklə biz Ermənistanda çoxlu müsəlman əhalisinin olduğu 1918-ci ilə qayıdacağıq”, – deyə İgityan yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*