Polis əməkdaşları hazırda Böyük Britaniya kraliçası II Yelizavetanın Milad bayramını qeyd etdiyi Vindzor qəsri ərazisinə soxulmuş silahlı şəxsi saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya polisinin saytında məlumat verilib.
Qeyd olunub ki, 19 yaşlı şəxs artıq həbs olunub.
O, Vindzor qəsri ərazisinə daxil olub, lakin iqamətgahın heç bir binasına girə bilməyib. Hadisə ilə bağlı kral ailəsinə məlumat verilib.