Qarpız mövsümünün hələ başlamamasına baxmayaraq, bazarlarda satışı artmaqda davam edir. Ancaq vaxtından əvvəl yetişdirilən və düzgün şəraitdə saxlanılmayan qarpızlar sağlamlıq üçün ciddi risklər yaradır. Mətbuatda da qarpızda zərəhlənən şəxslərin olduğu barədə xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən Modern.az-a açıqlamada bu ilin may-iyun ayları ərzində KTM-in Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfərin müraciət etdiyi bildirilib.
“Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb”, – məlumatda qeyd edilib.