İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi – MN-dən açıqlamabackend

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

***

 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki,Teğ (Dig – red.) icmasının sakinləri – Karen Armenoviç Canqiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*