backend

İki keçmiş mer böyük miqdarda cərimə edildi - BİŞKEKDƏ

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Bişkekin Leninski Rayon Məhkəməsi Qırğızıstan paytaxtının iki keçmiş bələdiyyə başqanı – 15 il azadlıqdan məhrum edilmiş Albek İbrahimovKubanıçbek Kulmatovu 5 milyon som (71.4 min dollar) cərimə cəzasına məhkum edib.

2014-2016-cı illərdə bələdiyyə başçısı vəzifəsini icra edən Kulmatov Kalıs-Ordo yaşayış massivində 2 milyon dollar dəyərində bir məktəbin inşasında korrupsiyada günahkar bilinib. Hökmdən sonra o, məhkəmə zalından sərbəst buraxılıb. 2016-2018-ci illərdə bələdiyyə başçısı vəzifəsində çalışan İbrahimov “Sunny Beach” pansionatını daha aşağı qiymətə satmaqda, “Dastan” şirkəti üçün xüsusi məhsulların baha qiymətə alınmasında, torpaq verilməsində və digər korrupsiya hallarında günahkar bilinib.

Keçmiş bələdiyyə başçıları ilə birlikdə işdə 12 nəfər təqsirli bilinib.

İbrahimov və Kulmatov Atambayevin son bir ayda hökm çıxarılan ilk şərikləri deyillər. Dekabrın 6-da keçmiş baş nazir Sapar İsakov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, eks-prezidentin bir neçə silahdaşının, daha sonra Atambayevin özünün həbsi hazırkı dövlət başçısı Sooronbay Jeenbekovla qarşıdurmasının nəticəsində baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*