İki “Mercedes” toqquşdu: xəsarət alanlar varbackend

İki “Mercedes” toqquşdu: xəsarət alanlar var

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda yaralılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*