İki ölkə arasında gərginlik: “Apple” məhsulları BAHALAŞACAQbackend

İki ölkə arasında gərginlik: "Apple" məhsulları BAHALAŞACAQ

ABŞ-ın Çinin texnoloji inkişafını məhdudlaşdırmaq cəhdləri və nəticədə iki ölkə arasında gərgin münasibətlər texnologiya nəhənglərini, o cümlədən “Apple” istehsalını Çindən digər Asiya ölkələrinə qismən çəkməyə vadar edir ki, bu da qiymətlərin artmasına səbəb ola bilər. 

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin təhlilinə əsasən, hazırda “Apple”ın istehsal tərəfdaşlarının təxminən 80%-i Çinlə bağlıdır.

Eyni zamanda, şirkət son illərdə istehsal etdiyi məhsulun bir hissəsini Çindən digər Asiya ölkələrinə, əsasən də Hindistan və Vyetnama köçürmək üçün səylər göstərib.

Məlumata görə, hələ 2012-ci ildə “Apple” podratçılarından heç biri Hindistanla əlaqəli deyildi, lakin hazırda ən azı 15 podratçı şirkət orada istehsal müəssisələri yaradıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*