Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
KONKRET.az xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.
Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.//“Qafqazinfo”