Azərbaycanda ikinci kurs tələbəsinin ölüm səbəbi məlum olub.
KONKRET.az “Report”a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində “Opel” markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, o, Gəncədə Azərbaycan Texnologiya Universitetinin tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
***
Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.