İkinci Milli Yaylaq Festivalının keçiriləcəyi tarix AÇIQLANDIbackend

İkinci Milli Yaylaq Festivalının keçiriləcəyi tarix AÇIQLANDI

Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 29-31 iyul tarixlərində ikinci Milli Yaylaq Festivalı keçiriləcək.

KONKRET.az xəbər verir ki, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər.

Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. nümayiş olunacaq.

Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla agentliyə müraciət edə bilərlər.

Qeyd edək ki, son müraciət tarixi 14 iyul 2022-ci ildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*