Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış olub.
KONKRET.az xəbər verir ki, dövlətimizin başçısının M. Quliyevin ailə üzvləri ilə çay süfrəsi arxasında maraqlı dialoqu olub.
Prezident İlham Əliyev: Evlər bərpa edilib, yenidən tikilib. Burada rahat yaşamaq üçün bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik. Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur…. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir. Təbii ki, Ballıcada olub, balın dadına baxmamaq mümkün deyil. Bu, Ballıca balıdır, yoxsa başqa yerdən gətirilib?
Qadın sakin: Bunu öz təsərrüfatımdan gətirmişəm, inşallah, gələcəkdə…
Xüsusi nümayəndə Elçin Yusubov: Cənab Prezident, vətəndaş özü arıçılıqla məşğuldur.
Prezident İlham Əliyev: Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var.
Kişi sakin: Bu, qaratikan balıdır.
Prezident İlham Əliyev: Mən 2020-ci ildən sonra – müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balı da yedim.//Globalinfo.az