İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədibackend

İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 262 nömrəli Fərmanı) 2-ci hissəsinin üçüncü, dördüncü və altıncı abzaslarında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalar” sözləri “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” sözləri ilə əvəz edilsin.

2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40 (Cild I); 2024, № 2, maddə 141) 3.12-ci bəndində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475 (Cild I) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”nin 12-ci hissəsinin ikinci cümləsində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670 (Cild I); 2024, № 4, maddə 379, № 5 (l kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 263 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.3-1-ci bənd əlavə edilsin:

“14.3-1. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, Katiblik yaradır, onun üzvlərinin sayını müəyyən edir, həmin Katibliyin fəaliyyətini təşkil edir;”.

5. “Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 450-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 741 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1101 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1384 (Cild l) ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın 4.3-cü bəndindən “bu barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verir və” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun tətbiqi və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyalar haqqında Əsasnamə”nin 3-cü maddəsinin üçüncü hissəsində (birinci halda), dördüncü hissəsinin 1-ci, 3–5-ci bəndlərində, yeddinci hissəsinin üçüncü cümləsində və 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Əsasnamənin 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (birinci halda), yeddinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Əsasnamənin 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (ikinci halda), yeddinci hissəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

1.4. həmin Əsasnamənin 3-cü maddəsinin birinci və beşinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.5. həmin Əsasnamənin 3-cü maddəsinin üçüncü hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir;

1.6. həmin Əsasnamənin 5-ci maddəsinin birinci hissəsinin 23-cü və 24-cü bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 403 (Cild l) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin” sözləri “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

4.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 6-cı maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin beşinci abzasında, 3-cü maddəsinin üçüncü hissəsində (birinci halda), dördüncü hissəsinin 1-ci, 3–5-ci bəndlərində, yeddinci hissəsinin üçüncü cümləsində, 6-cı maddəsinin adında, birinci hissəsinin birinci abzasında, ikinci hissəsində və 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında, 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (birinci halda), yeddinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 6-cı maddəsinin birinci hissəsinin 4-cü bəndində (birinci halda), 7-ci maddəsinin adında (birinci halda), birinci hissəsinin birinci abzasında (birinci halda) və ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (ikinci halda), yeddinci hissəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 6-cı maddəsinin birinci hissəsinin 4-cü bəndində (ikinci halda), 7-ci maddəsinin adında (ikinci halda), birinci hissəsinin birinci abzasında (ikinci halda) və ikinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

2.5. həmin Əsasnamənin 3-cü maddəsinin birinci və beşinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.6. həmin Əsasnamənin 3-cü maddəsinin üçüncü hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir;

2.7. həmin Əsasnamənin 5-ci maddəsinin birinci hissəsinin 23-cü, 24-cü bəndlərində və 11-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.7-ci və 220.10-cu (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 220.7-ci və 220.10-cu (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 220.10-cu maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 544-cü maddəsinin adında, 544.1-ci və 544.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-1-ci və 221.3-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli, 27 dekabr tarixli 272 nömrəli və 29 dekabr tarixli 278 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə “192.3,” rəqəmlərindən sonra “220.7, 220.10 (hər iki halda),” sözləri əlavə edilsin və həmin bənddən “540.1,” rəqəmləri çıxarılsın;

3.1.2. 4.3-1-ci bəndə “162-1.1-ci,” sözlərindən sonra “220.7-ci, 220.10-cu (birinci halda),” sözləri əlavə edilsin;

3.1.3. 4.20-1-ci bənddən “540.1,” rəqəmləri çıxarılsın;

3.1.4. aşağıdakı məzmunda 4.22-3-cü bənd əlavə edilsin:

“4.22-3. həmin Məcəllənin 220.10-cu maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”;

3.1.5. 4.43-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.43-1. həmin Məcəllənin 544-cü maddəsinin adında, 544.1-ci və 544.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.4-cü bənddən “540.1,” rəqəmləri çıxarılsın;

3.2.2. 5.6-cı və 5.6-1-ci bəndlərdə “fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən” sözləri “aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən” sözləri ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.32-4-cü bənd əlavə edilsin:

“5.32-4. həmin Məcəllənin 352-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır;”;

3.2.4. 5.44-cü bəndə “544.2-ci” sözlərindən əvvəl “455-1 və” sözləri əlavə edilsin;

3.2.5. 5.44-1-ci bənddə “447.0.2–447.0.6” rəqəmləri “447.0.2, 447.0.4, 447.0.6” rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 19.0-cı bəndinə “iş üzrə icraat” sözlərindən əvvəl “Məcəllənin 352-1-ci maddəsində, habelə” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 261 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 15-ci hissədə “221.11-ci” sözləri “221.14-cü” sözləri ilə əvəz edilsin;

5.2. 31-1-ci hissədə “və 394-1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 70-8-ci və 74-2-ci hissələr əlavə edilsin:

“70-8. Məcəllənin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

“74-2. Məcəllənin 602-4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından – bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər, Nazirliyin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri və onun müavinləri.”.

6. Bu Fərmanın 1-ci hissəsi, 3.1.1-ci (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.7 və 220.10-cu maddələrinə münasibətdə), 3.1.2-ci, 3.1.4-cü, 3.1.5-ci və 3.2.5-ci yarımbəndləri 2025-ci il martın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 4.7-ci (hər iki halda), 6.1.14-cü, 7.1.9-cu (hər üç halda), 7.1.10-cu (hər iki halda), 7.1.11-ci (hər üç halda), 7.1.13–7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.3-cü, 12.4-cü maddələrində, 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2–13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.2.1-ci, 14.4–14.7-ci maddələrində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2.1-ci, 15.2.2-ci maddələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.5-ci, 15.8-ci (hər iki halda), 15.9-cu (hər iki halda) maddələrində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci, 15.14-cü, 15.15-ci, 15.19-cu maddələrində, 17.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.3.3-cü, 17.4-cü, 17.6-cı, 17.7.2-ci, 18.1–18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.1–19.4-cü, 21.1-ci (hər üç halda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 22.4-cü, 23.1-ci, 23.3-cü, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (hər üç halda), 24.8-ci maddələrində, 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.1-ci, 25.2-ci (hər iki halda), 25.3-cü (hər üç halda), 25.4-cü, 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.1–29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.7-ci (hər iki halda), 6.1.14-cü, 12.2-ci (ikinci halda), 12.4-cü maddələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 14.4-cü maddəsində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci maddəsində, 17.1-ci maddəsinin ikinci cümləsində, 17.3.3-cü, 17.4-cü, 17.7.2-ci, 19.1-ci, 21.1-ci (ikinci halda) maddələrində, 22.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 24.2-ci (birinci halda), 24.6-cı (birinci halda), 24.8-ci və 29.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7.1.10-cu (birinci halda), 7.1.11-ci (birinci halda), 15.8-ci (birinci halda), 15.9-cu (birinci halda), 15.19-cu, 17.6-cı, 25.1-ci, 25.2-ci (birinci halda), 25.3-cü (birinci və ikinci hallarda) və 25.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2–13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin ikinci cümləsində, 22.4-cü və 23.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 7.1.9-cu (hər üç halda), 7.1.10-cu (ikinci halda), 7.1.11-ci (ikinci və üçüncü hallarda), 7.1.13–7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (birinci halda), 12.3-cü, 14.2.1-ci, 14.5–14.7-ci, 15.2.1-ci, 15.2.2-ci, 15.5-ci, 15.8-ci (ikinci halda), 15.9-cu (ikinci halda), 15.14-cü, 15.15-ci maddələrində, 17.1-ci maddəsinin birinci cümləsində, 18.1–18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.2–19.4-cü, 21.1-ci (birinci və üçüncü hallarda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 23.1-ci, 24.2-ci (ikinci halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (ikinci və üçüncü hallarda), 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.2-ci (ikinci halda), 25.3-cü (üçüncü halda), 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.2-ci, 29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 13.15-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

1.7. həmin Qanunun 13.17-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, təmsilçilik ofisi rəhbərlərinin, daimi nümayəndələrinin və nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə uyğun olaraq, fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsi ilə bağlı vəsiqənin nümunəsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. həmin Qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə və 17.4-cü maddəsinə uyğun olaraq, diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. həmin Qanunun 12.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, həmin Qanunun 13.15-ci maddəsində nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinin və onların (aparatlarının) işçilərinin dövlət məvacibinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.4. həmin Qanunun 13.15-ci maddəsinə uyğun olaraq, həmin maddədə nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsinin nümunəsini iki ay müddətində təsdiq etsin;

4.2. həmin Qanundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1965 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 53 (Cild I) 1-ci və 2-ci hissələri ləğv edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-1-ci hissəsində və 77-ci maddəsinin 10-cu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsində və 77-ci maddəsinin 10-cu hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 102.1.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 102.1.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

1.6. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.8. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “74-cü” sözlərindən əvvəl “69-cu maddəsinin 3-1-ci hissəsində,” sözləri, “87-ci” sözlərindən əvvəl “77-ci maddəsinin 10-cu hissəsində,” sözləri əlavə edilsin;

3.2. üçüncü – iyirmi dördüncü abzaslar müvafiq olaraq dördüncü – iyirmi beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsində və 77-ci maddəsinin 10-cu hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;”.

4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805) 3.2-ci bəndindən “21.6-cı maddəsinin birinci cümləsində,” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 88 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 527 (Cild I) adında və 2.1-ci bəndində “əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin” sözləri “orqanı əməkdaşlarının” sözləri ilə əvəz edilsin.

6. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70 (Cild I); 2024, № 8, maddə 943) 4-cü hissəsində “də” sözü “və diplomatik xidmət əməkdaşlarına da” sözləri ilə əvəz edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*