Prezident kreditlərlə bağlı fərman imzaladıbackend

Prezident kreditlərlə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I); 2024, № 2, maddə 159) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “2024-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 3.2-ci bəndi üzrə:

1.2.1. 3.2.2-ci yarımbənddə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “(borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;

1.2.2. 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərdə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən “(onların zamin durduqları öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;

1.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 4.6-cı bəndində “həmin ilin” sözləri “faiz subsidiyası verilən müddətin” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897 (Cild I) 3.2-ci bəndində “2024-cü” sözləri “2026-cı” sözləri ilə, “2027-ci” sözləri “2029-cu” sözləri ilə əvəz edilsin.

3. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*