İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi – YENİLƏNDİbackend

İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

KONKRET.az xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*