Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva Tiencin şəhərindən Pekinə dünyanın ən sürətli qatarı ilə yola düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, dövlət başçısı və birinci xanım Çin Dəmir Yollarının “Fusinq” qatarı ilə Pekinə gediblər.
Bu, dünyanın ən sürətli müntəzəm qatarıdır və Tiencindən Pekinə təxminən 30 dəqiqəyə, orta sürəti təxminən 345 km/saat olmaqla çatır.