İlham Əliyev Szinpinə başsağlığı verdibackend

İlham Əliyev Szinpinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Szinpinə başsağlığı məktubu göndərib.

KONKRET.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Sədr,

Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*