İlhamə Elşadqızının həbs müddəti uzadıldıbackend

İlhamə Elşadqızının həbs müddəti uzadıldı

Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti artırılıb.

Qeyd edək ki, bundan əvvəl onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*