İlin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatı təmin olacaqbackend

İlin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatı təmin olacaq

Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə mərkəzə çevrilməsi üçün böyük işlər görür. 

KONKRET. az xəbər verir ki, Bakıda keçirilən “InMerge Innovation Summit”in açılış mərasimində qeyd edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, “İKT məhsullarının ixracı üzrə habla yanaşı, “outsorsing hub”, innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən, biznes habına əhalisi çox olan bir çox ölkələr çevrilir. Amma əhalisinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən Azərbaycana innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas komponenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri, investorlar və “mələk investor”larla onların sayının artırılması üçün danışıqlar aparırıq. Azərbaycanda innovasiya ekosisteminin inkişafı sürətlə irəliləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*