İlk ukraynalı turistlər Türkiyəyə gəldi – FOTOLARbackend

İlk ukraynalı turistlər Türkiyəyə gəldi - FOTOLAR

Türkiyənin Antaliya şəhərində koronavirusun yaratdığı uzun fasilədən sonra ilk dəfə iki təyyarə Ukrayna turistləri ilə birlikdə eniş edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 1 iyul çərşənbə günü Ukrinform agentliyi hava limanında turistləri qarşılayan Ukraynanın Antalyadakı konsulu Vyaçeslav Xomenkoya istinadən yayıb.

“Zaporojye və Xarkov şəhərlərindən olan 321 sərnişin SkyUp aviaşirkətinin iki təyyarəsi ilə eniş etdi. Hava limanında bütün təhlükəsizlik tədbirlərinə riayət edildi, xəstəlik əlamətləri olan bir nəfər də tapılmadı”, – o, agentliyə danışıb.

Onun sözlərinə görə, pasport nəzarətindən və sağlamlıq yoxlamasından sonra bütün ukraynalılar otellərə gedib.

Bundan əvvəl Zelenski Ukrayna və Türkiyə arasında uçuşların bərpa olunacağını açıqlamışdı.
Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Guldere də Ukraynalı turistlərin 1 iyul 2020-ci il tarixindən etibarən təyyarə ilə Türkiyəyə gedə biləcəklərini söyləmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*