İlon Mask Almaniya rəsmilərini məhkəməyə verdi – SƏBƏBbackend

İlon Mask Almaniya rəsmilərini məhkəməyə verdi - SƏBƏB

İlon Maskın “X” sosial şəbəkəsi cinayət törətdiyi iddia edilən istifadəçilər haqqında məlumatların sorğulanmasına görə Berlini söz azadlığını pozmaqda günahlandırıb. Buna görə də, Almaniya rəsmilərinə qarşı iddia qaldırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkənin dövlət qurumları ilə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir: “Almaniya Aİ-də istifadəçi məlumatlarına dair ən çox hüquqi sorğu göndərir, bu sorğuların təxminən 87%-i nitqlə bağlı hüquq pozuntularıdır”.

Sosial şəbəkə rəhbərliyi bu müraciətləri qanunsuz hesab edir. Platforma artıq Almaniya məhkəmələrində ölkə hakimiyyətinin istifadəçilərin şəxsi həyatına müdaxiləyə və onların söz azadlığını pozmasına görə iddialar qaldırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*