İlon Mask Bakıda verilən sualları cavablandırdıbackend

İlon Mask Bakıda verilən sualları cavablandırdı

“SpeysX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

KONKRET.az xəbər verir ki, “Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mourinin moderatorluğu ilə baş tutub.

Canlı bağlantı “SpeysX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Kley Mouri arasında maraqlı müzakirə formatında keçirilib.

İlon Mask ona ünvanlanmış “SpeysX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb.

İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqress nümayəndələri iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*