İlon Maskı geridə qoyaraq dünyanın ən zəngini oldubackend

İlon Maskı geridə qoyaraq dünyanın ən zəngini oldu

“Oracle” korporasiyasının həmtəsisçisi Larri Ellison “Tesla” və “SpeysX”in qurucusu İlon Maskı geridə qoyaraq ilk dəfə dünyanın ən varlı adamları siyahısına başçılıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, Ellisonun sərvəti 393 milyard dollar, Maskın sərvəti isə 385 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edilir ki, Ellisonun sərvətində cəmi bir gün ərzində rekord həcmdə – 101 milyard dollarlıq artım qeydə alınıb.

Bu, “Blumberg”in reytinq tarixində ən böyük artım hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*