Azərbaycanda tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub.
KONKRET.az xəbər verir ki, bu haqda hüquqşünas Zülfiyyə Bayramova özü “Elgizlə izlə” verilişinin canlı efirində bildirib.
“Mənim övladlığa götürdüyüm Əmrah da 44 günlük Vətən Müharibəsində şəhid olub. O imkansız bir ailənin övladı idi. Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim. Öz övladlarımdan seçmirdim. Əsgərliyə də özüm yola saldım. Sonradan itkin düşmə xəbəri gəldi. Bir neçə gündən sonra məlum oldu ki, Əmrah şəhid olub”,- deyə hüquqünas canlı yayımda bildirib.