İlyas İsmayılovla vida mərasimi keçirilir – FOTOLARbackend

İlyas İsmayılovla vida mərasimi keçirilir – FOTOLAR

Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.

KONKRET.az “Report”a istinadən bildirir ki, Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

v 2 1 v 3 v 4 v 5 v 6 v 7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*