İmamoğlu xəstəxanaya yerləşdirildibackend

İmamoğlu xəstəxanaya yerləşdirildi

Silivridəki Mərmərə Həbsxanasında məhbus olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu bel ağrıları səbəbilə yenidən xəstəxanaya köçürülüb.

KONKRET.az xəbər verir ki, İmamoğlunun kürəyinin MRT müayinəsi aparılıb. Silivri Dövlət Xəstəxanasında həyata keçirilən müayinələrdən sonra o, yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, İmamoğlu ötən ay , 25 iyul səhəri də bel ağrısı şikayəti ilə tibbi müayinəyə göndərilmiş və eyni gün həbsxanaya qaytarılmışdı.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*