İmişli icra başçısı Vilyam Hacıyevin davaya meyilli oğlu haqqında- FOTObackend

İmişli icra başçısı Vilyam Hacıyevin davaya meyilli oğlu haqqında - FOTO

Bu günlərdə mətbuatda İmişli Rayon İcra başçısı Vilyam Hacıyevin olduğu iddia edilən mülklərin siyahısı yayıldı. Daha sonra, İmişi Rayon İcra Hakimiyyəti açıqlama yaydı və bildirdi ki, icra başçısı Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır.

KONKRET.AZ xəbər verir ki, mətbuatda gedən başqa bir məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də dəbdəbəli həyat sürür. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Məhəmməd Hacıyev davaya meylli birisi kimi də ad çıxarıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: “Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan “Şirvanşah” restoranında Vilyam Hacıyevin oğlu ofisiantları döyüb. O, ofisiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar”.

Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”, “Land Rover”, 90 AA 369 dövlət nömrə nişanlı “Mercedes S class”, həmçinin son model “Mercedes Galendevagen” daxildir.

Görəsən, 124 manat kirayə haqqı ödəməklə İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada qaldığını deyən Vilyam Hacıyevin oğlu necə oliqarx olub? İcra başçısı 25 milyonluq villada yaşayır, yoxsa həqiqətən də kirayədə?

gundelik-baku.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*