İmişlidə qəza – Xəsarət alan varbackend

İmişlidə qəza - Xəsarət alan var

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə ilə bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 31.01.2026-cı il tarixində saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1963-cü il təvəllüdlü şəxsə başın və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*