Çinin sonuncu imperatoru Pu İyə (1906-1967) məxsus “Patek Philippe” saatı Honkonqda keçirilən hərracda 5,1 milyon dollara satılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 86 illik “Reference 96 Quantieme Lune” saatından gedir.
Bildirilib ki, saatın hərracda ümumi qiyməti komissiyalar daxil olmaqla 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon dollar) təşkil edib.
Məlumata görə, lotu anonim kolleksiyaçı alıb. Hərrac zamanı saatla yanaşı, imperatorun digər şəxsi əşyaları (yelpik, kitabça, həmçinin onun qohumlarından birinin rəsmləri) da satılıb.
Qeyd edək ki, bundan əvvəl hərracda satılan ən bahalı saat Misir şahzadəsi Məhəmməd Əli Paşaya məxsus olub. Belə ki, 1946-cı il istehsalı olan “Patek Philippe” saatı 2021-ci ildə 9,5 milyon dollara satılıb.
İqbal Rzayev,
KONKRET.az