İmran Xana qarşı YENİ İTTİHAM – ƏTRAFLIbackend

İmran Xana qarşı YENİ İTTİHAM - ƏTRAFLI

70 yaşlı İmran Xana qarşı yeni ittiham səsləndirilib.

KONKRET.az xəbər verir ki, siyasətçiyə qarşı küfrdən tutmuş terrorizmə qədər 150 müxtəlif ittihamla bərabər “qeyri-islam nikahı” ilə bağlı yeni məhkəmə prosesi baş tutacaq.

Pakistanın keçmiş baş naziri üçüncü arvadı Buşra Bibi ilə evlənərək İslam normalarını pozduğu iddiası ilə sentyabrın 25-də məhkəmə qarşısına çıxmalıdır.

Gözlənilir ki, məhkəmə iclasında Xanın üçüncü arvadı ilə evlənməsi məsələsi araşdırılacaq. Qeyd edək ki, müsəlman qadının ərinin ölümündən sonra İslam qanunları ilə müəyyən edilmiş məcburi subaylıq müddəti gözlənilməlidir. Görünür, İmran Xan bu müddəti pozmaqda günahkar bilinir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*