“İndi biz nə etməliyik?” – Baqratyanın açıqlamasından heç özü də baş açmırbackend

“İndi biz nə etməliyik?” – Baqratyanın açıqlamasından heç özü də baş açmır

İşğalçı Ermənistan çətin günlərini yaşayır. Üç il əvvəl 44 günlük Vətən müharibəsində darmadağın edilən düşmən ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmaqla məğlub olduğunu etiraf etdi.

Bundan sonrakı proseslər sübut etdi ki, 44 gün ərzində ordusunun əhəmiyyətli hissəsini itirən Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmalıdır. Amma Ermənistan rəhbərliyi üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməkdən imtina etməklə bölgədə müharibə təhlükəsini saxladı.

Üçtərəfli razılaşmanın 4-cü və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran Ermənistan anklavları geri qaytarmayıb. Bununla belə, 4-cü bənddə nəzərdə tutulan erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmasını Azərbaycan birgünlük antiterror tədbirləri ilə təmin edib. 9-cu bənddə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Ermənistan bu məsələdə havadarlarına arxayındır və dəhlizin açılmasıyla bağlı hər hansı addım atmaq istəmir.

Ermənistanın siyasi dairələrində isə fərqli düşünürlər. Bəzi siyasətçilər hesab edir ki, baş nazir Nikol Paşinyan 10 noyabr üçtərəfli sazişindən öz imzasını geri götürməlidir.

KONKRET.az xəbər verir ki, bu fikri indi də Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan səsləndirib. Onun sözlərinə görə, erməni əhalisinin Qarabağı tərk etməsindən sonra üçtərəfli bəyannamə erməni tərəfi üçün daha xüsusi məna kəsb etmir: “Sənəddə nəzərdə tutulan Zəngəzur dəhlizi Ermənistan üçün təhdiddir. Amma Paşinyan bu bəyanatdan imtina edə bilməz, imkanı olsaydı  bunu çoxdan edərdi”, – deyə Baqratyan bildirib.

O əmindir ki, bəyanatın 9-cu bəndində ekstraterritorial dəhlizin təmin edilməsi nəzərdə tutulur: “Bu sənəd imzalandıqdan dərhal sonra prezident 9-cu maddənin Ermənistan qanunvericiliyinə zidd olduğunu bildirməli və ləğvinə nail olmalı idi. Lakin bu, edilmədi. İndi Paşinyan Ermənistanın bu sənəddən birtərəfli qaydada çıxdığını bəyan etmək üçün səbəb və fürsət tapmalıdır, amma bunu da etmir. Reallıqda isə Paşinyan buna bənzər bir şey etmək fikrində deyil”.

Baqratyan qeyd edib ki, Qərb də bu dəhlizi dəstəkləyir: “Ona görə də Ermənistan Üçtərəfli Bəyannamədən çıxacağı təqdirdə Azərbaycan bəyan edəcək ki, Ermənistanla danışıqlar aparmaq mümkün deyil, öhdəliklərini yerinə yetirmir”.

Vəli Həsənov,

KONKRET. az

  • Rəfael
    Oktyabr 5, 2023 - 13:03

    İndi sülh müqaviləsi kimə daha çox lazımdır?
    Ter-petrosyanın bir neçə il qabaq dediyi kimi, ermənilər bu müqavilənin imzalanması üçün bizə yalvarmalıdır.
    Bizim gözləməyə vaxtımız var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*