İndi ermənilər “günahlarını” kimin boynuna yıxacaq? – Elə bir yer yoxdurbackend

İndi ermənilər “günahlarını” kimin boynuna yıxacaq? – Elə bir yer yoxdur

Sərhədlər bağlıdır. Təyyarələr uçmur. Qatarlar işləmir. Daha heç yerə yol yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Naira Ayrumyan Ermənistanın Lragir.am nəşrindəki məqaləsində yazıb.

Müəllif qeyd edir ki, Ermənistan milyon nəfərə düşən koronavirusdan ölüm nisbətinin artması baxımından dünyada birinci yerdədir, yoluxmuş insanların sayının artması baxımından isə beşincidir:

“Ermənistan artıq koronavirusla mübarizə, sosial və iqtisadi dəstək üçün təxminən 100 milyard dram xərcləyib və yeni bir karantin üçün kifayət qədər vəsaitin olub-olmadığı məlum deyil. Dünya açılır, ancaq məlum olur ki, Ermənistan ümidsiz halda ölənlərin sayına görə geridə qalır. Məsələn, Gürcüstan, virusa yoluxanların çoxluğuna görə Ermənistanla sərhədi açmaqdan nəzakətlə imtina etdi. Ancaq ən pisi odur ki, ölkədə narazılıq və anlaşılmazlıq artır. Belə hallarda, ermənilər həmişə gedirdilər, amma indi sərhədlər bağlanıb və dünyadakı vəziyyət buna imkan vermir”.

O, əlavə edir ki, kömək gözləmək üçün heç bir yer yoxdur:

“Avropa ermənilərdən imtina etdi, hətta erməni aviaşirkətini qara siyahıya aldı. Rusiya da “vintləri sıxır”. 2020-ci ilin birinci rübündə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, Ermənistan vətəndaşları tərəfindən alınan köçürmələr 9,68% azalaraq 353.56 milyon dollar təşkil etdi. Bununla yanaşı, Rusiyadan köçürmələr 15,98% azalıb, mart ayında isə azalma 28.15% olub. Mart ayında Ermənistandan ABŞ-a və digər ölkələrə köçürülən vəsaitlərin miqdarı azaldı və Rusiyaya köçürülən pulun miqdarı isə 36,04 milyon dollar təşkil edərək 32,06% artdı”.

“Ümumiyyətlə, günahlandırmaq üçün heç bir yer yoxdur. Oturub, çaşqınlıqdan necə çıxacağımızı düşünməliyik” deyə Ayrumyan yekunlaşdırır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*