Ukrayna prezidenti Volodimir Zelenski ukraynalıların həyatını qorumağa çalışan dünya qüvvələrinə minnətdarlığını bildirib.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın dövlət başçısı öz “Teleqram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya qoşunları təkcə martın əvvəlindən Ukraynaya qarşı müxtəlif tipli 130 raket, 320-dən çox “Şahed” və 900-ə yaxın idarə olunan aviabombadan istifadə edib.
Zelenski qeyd edib ki, Rusiya Ukraynaya qarşı pilotsuz təyyarələr, raketlər və idarə olunan bombalarla terror müharibəsi aparır.
“Ukrayna sübut etdi ki, o, rus terrorçularının istənilən raket və pilotsuz təyyarələrini effektiv şəkildə vura, Rusiya hərbi aviasiyasını məhv edə bilir. Bizim bu cür hərəkətlərimiz minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatına fəaliyyət göstərmək imkanı verir. Ancaq indi müttəfiqlərimizin malik olduğu hava hücumundan müdafiə sistemlərinə daha çox ehtiyacımız var”.
Xatirə SADİQ,
KONKRET.az