Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün Ermənistanı təsir dairəsində saxlamağa çalışır. Amma Nikol Paşinyanın Qərbdəki havadarları qarşısında götürdüyü öhdəlik tamam fərqli mətləblərdən xəbər verir. Rusiyanı sıxışdırmaqda davam edən Ermənistan regiona yeni oyunçular soxuşdurmağa cəhd edir. Rusiya isə nəyin bahasına olursa-olsun Ermənistanın bu oyununu pozmağa çalışır.
KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Səmərqənddə keçirilən Verona Avrasiya İqtisadi Forumunda bildirib ki, buna geosiyasi nöqteyi-nəzərdən baxsaq, Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmasının şahidi olarıq: “Qərbin bu xətti müxtəlif geosiyasi teatrlarda da həyata keçirilir. Bu gün ABŞ-ın və ümumilikdə Avropanın Cənubi Qafqazda gördüyü işlər Rusiyanın mövqelərini zəiflətmək üçün geosiyasi strategiyanın tərkib hissəsidir. Onlar Rusiyanın sərhədləri ətrafında gərginlik dairəsi yaradır. Avropa İttifaqının siyasətinin mahiyyəti məhz bundan ibarətdir.
Qafqazdakı problemlərin necə həll olunacağına gəlincə, üçtərəfli sazişdə əldə olunmuş razılaşmalara əməl olunmalıdır. Vəziyyəti sabitləşdirmək, problemləri beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həll etmək üçün bütün elementlər var. Cənubi Qafqazın “Şimal-Cənub”, “Qərb-Şərq” nəqliyyat marşrutlarının keçəcəyi regionlardan birinə çevrilməsi istiqamətində çalışmaq lazımdır. Dəyər artacaq, bu, iqtisadi artıma gətirib çıxaracaq və iqtisadi artım təbii ki, siyasi problemlərin həllinə töhfə verəcək.
Cənubi Qafqazda kommunikasiya xətləri açıldıqdan sonra Rusiya ilə Avropa İttifaqının əməkdaşlığına toxunan Rusiya rəsmisi bildirib ki, Qərbdəki həmkarlarımızda sağlam düşüncə yaranarsa, hər hansı qarşılıqlı fəaliyyət sxemləri bərabər əsasda qurularsa və qarşılıqlı maraqlara cavab verərsə, bütün bunlar mümkün olar:
“İndiki reallıqlarda söhbət bir regiondan gedir. Misal üçün şimal-qərbdə Avropa İttifaqı Rusiya ilə dəmir yolu əlaqəsini dayandırıb. “Şimal-Cənub”, “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin əsas halqaları olan Baltikyanı ölkələr indi tikanlı məftillərlə bağlanıb, tank əleyhinə xəndəklər qazır, nəqliyyat vasitələrinin keçid məntəqələrini azaldır. Bir neçə gündən sonra Latviyada Rusiyada qeydiyyatda olan avtomobillərin müsadirəsini nəzərdə tutan qanun qüvvəyə minəcək. Bu şəraitdə Avropa İttifaqı ilə hansı nəqliyyat əməkdaşlığından danışmaq olar?
Keçmişdə biz bu cür qarşılıqlı fəaliyyətdən kifayət qədər zəngin təcrübə toplamışıq, lakin bu gün heç bir real perspektiv görmürük. Avropa İttifaqının Rusiya ilə geosiyasi rəqabətə yol verdiyi məlumdur. Artıq dediyim kimi, bu, təkcə Rusiyanın cilovlanmasına, yəni iqtisadi, siyasi və texnoloji sferalarda inkişafı üçün onun resurslarından məhrum edilməsinə aid deyil. Həm də dünyanın bir çox regionlarında belə rəqabəti inkişaf etdirirlər”.
Vəli Həsənov,
KONKRET.az
A. Qruşko yalan deyir, lap sözün kobud mənasında. Bu gün Azərbaycanda bəziləri Rusiyanın bizə qarşı yol verdiyi tarixi cinayətlərdən danışmamağa üstünlük verir, unutdurmağa çalışırlar, hansılar ki bir zamanlar bundan danışmaq çox dəbdə idi. Amma indi nəinki unutdurmağa çəhdlər edilir, hətta onun təbliğat-təşviqatına həsr olunmuş yeni “nəğmələr” də oxuyurlar. Nədir bunların səbəbi? İndi Qruşkonun yalanına qayıdım. Avropa İttifaqı onunla müxtəlif regionlarda geosiyasi, başqa sözlə deyilsə, çoğrafi güc və fəthlər rəqabəti, imperialist rəqabəti apara bilər. Lakin Rusiyanın qonşularında, xüsüsən də Avropa ölkələrində əsrlərdir onun təcavüzkar və işğalçı qonşu olması, buna görə də ölkəsinin müstəqilliyini necə qorumaq barədə düşüncə və narahtlıqlar mövcud olub, indi də mövcuddur, bu da Rusiyanın konkret davranışlarına əsalanırdı ki, onda heç səhnədə ABŞ, AB və digər oyunçular heç yox idi. Rusiyaya nə vacib idi ki, Polşanı 3 dəfə bölüşdürüdü, 4-cü bölüşməni isə 1939-cu ildə Hitlerlə bir yerdə etdi. Nə vacib idi ki, hələ 19-əsrdə Avropaya soxulub xalq inqilablarını yatırırdı ki, hətta buna görə Lenin belə Rusiyanı “Avropanın jandarmı” adlandırırdı. 2-ci dünya müharibəsindən sonra şərqi Avropanı və hətta mərkəzi Avropanın bir hissəsini tutmuşdu. Ona görə də ABŞ və Avropa Birliyi onunla geniş planda gesiyasi rəqabət apara bilər, lakin şərqi və şimali Avropa ölkələrinin-Poşa, Litva, Latviya, Estoniya və başqalarının-narahatlıqları konkret ondan qorxuya əsaslanır. Azərbaycan da bu barədə düşünsə pis olmaz; 2 dəfə onu işğal edib. Odur ki, tülkünün həccə getməyinə ehtiyac yoxdur. Biz hər şeyi yaxşı bilirik.