“İndi toyların və özünü tərifləməyin vaxtı deyil” – TOKAYEVbackend

"İndi toyların və özünü tərifləməyin vaxtı deyil" - TOKAYEV

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İndi özünü tərifləməyin vaxtı deyil.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu sözləri “Ana dili” qəzetinə verdiyi müsahibəsində söyləyib.

Material iyunun 25-də yayımlanıb.

“İnanıram ki, əmək ideologiyası ziyalıların nüfuzlu nümayəndələrinin əsərlərində və çıxışlarında aparıcı yer tutmalıdır. İndi “Toy toya ulaşsın”” deyərək toy ənənələri ilə öyünməyin vaxtı deyil. Texnoloji dövrdə keçmiş boş danışıqlardan, özünü tərifləməkdən vaz keçməliyik. Dünyanı təhdid edən bir pandemiyanın indiki vaxtında da bəzi vətəndaşlar məktublarında məndən xahiş edirlər ki, toylara icazə verək. Dövlətlərin özünəməxsus yaşama dövrü gəldi və həyat yolu kimi əmək ön plana çıxmalıdır. Toyların vaxtı keçir. Ağıl, elm, bilik və zəhmətin vaxtı gəlir” deyib Qasım-Jomart Tokayev.

Bundan əlavə, Tokayev bir reportajda Qazaxıstanda koronavirusla mübarizə mövzusunda danışıb, qazax dili ilə bağlı suala cavab verib.

                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*