İndiki qadınların doğuşu niyə çətinləşib? – Tanınmış ginekoloq danışdı – VİDEObackend

İndiki qadınların doğuşu niyə çətinləşib? - Tanınmış ginekoloq danışdı - VİDEO

“Xanımlarımız çox hərəkətsiz və passiv həyat tərzi keçirirlər. Bu gün demək olarki əksər qadınlar fiziki işlə məşğul olmur. Fiziki işdən əlavə onlar heç səhər gimnastikasını belə etmirlər. Passiv həyat tərzinin ən arzuolunmaz nəticəsi doğuş zamanı üzə çıxır. Bu gün demək olar ki, hər 10 doğuşun 7-si müxtəlif problemlər və risklərlə həyata keçir”.

Bu sözləri KONKRET.az-a verdiyi açıqlamasında Quba Regional Perenatal Mərkəzin şöbə müdüri Şəhla Həsənova bildirib. Təcrübəli ginekoloq deyib ki, bu gün təkcə şimal bölgəsində qeydə alınan doğuşların 80 faizi riskli və problemli doğuşlara aiddir.

“Bir qadın sağlam uşaq dünyaya gətirməsi üçün həm hamiləlikdən əvvəl həm də hamiləlik vaxtı yaşam tərzinə fikir verməlidir. Düzgün qidalanma və fiziki iş görməklə yanaşı qadınlar hamiləlik müddətində əsəbdən və stessdən uzaq olmalıdırlar. Bu, sağlam uşaq dünyaya gətirmək üçün ən vacib məqamlardır”.

Ginekoloq Şəhla Həsənovanın sözlərinə görə, Azərbaycanda əksər qadınlar hamiləlik müddətini normal yaşam standartlarının alt səviyyəsində keçirirlər. Bu səbəblərdən onlar uşaq dünyaya gətirərkən həm özlərini, həm də dünyaya gələcək övladlarını riskə atırlar. Baş verən ana və uşaq ölümlərinin başlıca səbəblərindən biri də budur.

“Əksər hallarda doğuş zamanı baş verən ölüm halları zamanı insanlar bunu həkim məsuliyyətsizliyi ilə əlaqələndirirlər. Amma mən bunu əminliklə bildirirəm ki, bu cür halların baş verməsində həkimlər qədər qadınlar da böyük məsuliyyət daşıyır. Qeyri-sağlam yaşayan qadınlar uşaq dünyaya gətirdiklərinə görə mütləq məsuliyyət daşımalıdırlar”.

Qeyd edək ki, Quba Pegional Perenatal Mərkəzinə gələn hamilə qadınların 30 faizi digər rayonlarından gəlir.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*