İndiyə qədər 154 min nəfər orden və medallarla təltif edilib – MNbackend

İndiyə qədər 154 min nəfər orden və medallarla təltif edilib - MN

Vətən müharibəsindən sonra Prezidentin sərəncamlarına əsasən, 154 min nəfər müxtəlif orden və medallarla təltif edilib.

KONKRET.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda digər orden və medalların yoxlanılması və aidiyyatı üzrə bölüşdürülməsi prosesi həyata keçirilir.

“Bu məqsədlə yoxlamalar, dəqiqləşdirmələr aparılır”, – deyə Anar Eyvazov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*