İndoneziyada vulkan püskürdü – 40-dan çox insan yandı – VİDEO – YENİLƏNİBbackend

İndoneziyada vulkan püskürdü - 40-dan çox insan yandı - VİDEO - YENİLƏNİB

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanının püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə rayon administrasiyası rəhbərinin müavini İndah Masdar bildirib.

Onun sözlərinə görə, yaraılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb: “Yaxınlıqdakı sakinlər təxliyə edilir. Əraziyə qatı tüstü dumanı çöküb. Bu, xilasedicilərin işini çətinləşdirir. Püskürmə nəticəsində ətrafa sıçrayan vulkan külü yollardan birini bağlayıb, ərazidəki körpü tamamilə dağılıb”.

***

20:20

indoneziyanın Yava adasının şərqində Semeru vulkanının püskürməsi nəticəsində bir nəfər ölüb, 41 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Channel News Asia” məlumat yayıb.

Kanalın məlumatına görə, bütün zərərçəkənlər ən yaxın xəstəxanalara çatdırılıb.

Cavabdeh qurumların nümayəndələri vulkana bitişik ərazilərin əhalisini evakuasiya edib.

Vulkan atmosferə böyük miqdarda kül buraxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*