İndoneziyalı nazir: “Məmurların korrupsiyasında onların arvadları günahkardır”backend

İndoneziyalı nazir: “Məmurların korrupsiyasında onların arvadları günahkardır”

“Korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə məsuliyyət daşıyırlar”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziyanın ədliyyə, siyasət və insan haqları naziri Məhəmməd Mahfud bildirib.

“Bir çox hallarda ərlər arvadları pis olduğuna görə cinayətə əl atırlar. Bir çox rüşvətxor məmurlar arvadları onlardan böyük pullar tələb etdiyi üçün indi həbsdədirlər. Onların maaşı 20 milyon rupi (1400 dollar – red.), lakin xərcləri 50 milyon rupi (32 min dollar – red.) təşkil edirdi”, – siyasətçi qadınların dövlət quruculuğunda rolunun müzakirə edildiyi görüşdə deyib.

Nazirin bəyanatı qadın hüquqları müdafiəçiləri arasında mənfi reaksiyalara səbəb olub. İndoneziya Cinayət Ədliyyəsi İslahatları İnstitutunun eksperti Majdina Rahmavati vurğulayıb ki, bunlar qadınlar haqqında stereotiplərdir. Rahmavati İndoneziyada korrupsiyanın daxili problem deyil, sistem xarakterli olduğuna diqqət çəkib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*