İngiltərə Avropa çempionu oldubackend

İngiltərə Avropa çempionu oldu

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.

KONKRET.az xəbər verir ki, finalda Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə qolunu vurmağı bacarıb – 3:2.

Bununla da İngiltərənin U-21 millisi tarixində 4-cü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Millimiz hər iki görüşdə ingilislərə böyük hesabla uduzub – 1:5, 0:7.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*